ŞİRVAN ŞƏHƏR MKS | Mərkəzi Kitabxana

ŞİRVAN ŞƏHƏRİ

 ABİDƏLƏRİ  YETİRMƏLƏRİ QƏDİM ŞİRVAN SAYT HAQQINDA ƏLAQƏ

- Kitabxanamız haqqında

- Tədbirlərimiz

- Yeni kitablar

- Kitab abidələrimiz

- E-kataloq

- Normativ sənədlər

- Tarix-Diyarşünaslıq muzeyi

Unudulmaz Qarabağ

İnsan hüquqları

Dövlət Proqramı 

 

 

YENİ KITABLAR

 

Fuad  Esmira.                                  

Söz sərrafı  Şəhriyar. (Monoqrafiya), - B.: Avrasiya Press, 2010.-304 s.

Bu kitabda ustad Şəhriyarın həyatı, ədəbi mühiti ,bədii irsi tədqiq olunur.Kitab müəllifin 1998 ci ildə çap olunmuş “Məmmədhüseyin Şəhriyar”adlı monoqrafiyasının yenidən işlənmiş və əlavələr olunmuş variantıdır.

 

Əhmədov,Teymur                                              

Abdulla Şaiq. -B.: “EL “Nəşriyyat  Poliqrafiya  Şirkəti  MMC”, 2009,-124 s.

Kitabda  XX əsr Azərbaycan ədəbiyyatının görkəmli sənətkarı –şair,maarif və mədəniyyət xadimi, uşaq teatrının təməlçisi Abdulla Şaiq Talıbzadənin həyat və yaradıcılığından bəhs  edilir.

 

Mirişli, Ramiz

Kamança məktəbi.  -B.: “Elm vəTəhsil”  nəşriyyatı,  2009, - 208 s.

Musiqi və incəsənət məktəblərinin şagirdlərinin beşillik tədris müddəti üçün tərtib olunmuşdur.

 

Hacızadə , Nahid

Onun sənət həyatı. – B.:  “Elm və təhsil”nəşriyyatı, 2010. - 212 s.

Kitabda Ağakişi Kazımovun həyat və yaradıcılığından geniş söhbət açılır.

  

Əliyev  Z.

Sənətin  Məcnunu.  -B. : “Aspoliqraf”, 2009. - 390 s.

Kitab 2009 –cu ildə YUNESKO-nun qərarı ilə anadan olmasının 100 illiyi qeyd edilən Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunur.

 

Pamuk  Orhan

Seçilmiş  əsərləri. (tərc,ed. N.Əbdülrəhmanlı), - B,: Şərq-Qərb, 2009. - 616 s.

Kitaba daxil edilmiş məşhur türk yazıçısı, 2006- cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun “Mənim adım Qırmızı” romanında 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir.

 

Tven  Mark.

Seçilmiş əsərləri. (tərc. ed. S.Ağayeva, N.Qasımzadə),- B.: Şərq-Qərb, 2009.

 -512 səh.

Bu kitabda Amerika ədəbiyyatının klassiklərindən  olan Mark Tvenin  iki romanı “Tom  Soyyerin  məcəraları” və “Heklberli  Finnin macəraları” əsərləri Azərbaycan oxucularına təqdim olunur.

  

Aytmatov  Çingiz.

Seçilmiş əsərləri. (tərc. ed. A. Hacıyev), - B.: Şərq –Qərb,  2009. - 760 s.

Bu kitabda yazıçının “Gün var əsrə bərabər” romanı ilə yanaşı “Əlvida ,Gülsarı”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestləri daxil  edilmişdir.

 

Quliyev  Ramiz .

Azərbaycan bəstəkarının əsərlərinin tar və fortopiano  üçün  işləmələri. (dərs vəsaiti ), - B.:  E.L. Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2009. - 64 s.

Bu vəsait tar , kamança ,eyni zamanda digər xalq çalğı alətlərində çalanlara  gözəl hədiyyədir.

 

Hacıbəyli  Üzeyir.

Azərbaycan xalq musiqisinin əsasları. (dərs vəsaiti), - B.: “EL “Nəşriyyat və Poliqrafiya Şirkəti” MMC, 2010. - 46 s.

Bu dərs vəsaitinin əsas  məqsədi –musiqi məktəb şagirdlərinin öz  milli köklərinə, Azərbaycan xalq sənətinin  əsaslarına maraq oyadılması, milli musiqi, eşitmə qabiliyyəti və təfəkkürü sahəsində gen yaddaşının bərpası və fəallaşdırılmasıdır. Kitab musiqi məktəbinin şagirdləri və tələbələri üçün dərs vəsaitidir .

 

Qara Qarayev tələbələrinin xatirəsində. - B.: Şərq- Qərb, 2009.  - 222 s.

Kitab peşakar musiqiçi mütəxəssislərinə, musiqi elmi tədqiqatçılarına və ümumən musiqisevər insanlara ünvanlanır.

 

Bərdə və bərdəlilər. ( Biblioqrafik  məlumat  kitabı), - B.: “Nərgiz” nəşriyyatı, 2010. - 448 s.

Kitab tədqiqatçı –alimlər, kitabxanaçı –biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

Alman ədəbiyyatı antologiyası.  -B.: Şərq –Qərb,  2009. - 688 s.

Topluya müəlliflərin  uşaqlar və  böyüklər  tərəfindən yüz illər

boyu sevilə-sevilə oxunan nağılları daxil edilmişdir.

 

Svift  Conatan.

Qulliverin səyahəti. (tərc. M. Rzaquluzadə). – B.:  Şərq –Qərb , 2009. - 280 s.

Bu üsyankar ruhlu əsər İngiltərə cəmiyyətinin sosial – siyasi mənzərəsini yaratmış, mütləqiyyəti, saray çəkişmələrini, feodal özbaşınalığını, dağıdıcı müharibələri qətiyyətlə pisləmişdir.

 

Əmrə  Yunus          

Əsərləri. –B.: Şərq- Qərb, 2009. - 360 s.

Azərbaycan oxucularına təqdim olunan bu kitab türk şairi Yunus Əmrə əsərlərinin ən əski və yaxşı nüsxəsi sayılan Fateh nüsxəsi əsasında tərtib edilmişdir.

  

Dostoyevski  F. M.

Seçilmiş əsərləri:Üç cilddə. ( tərc.ed. B. Musayev), - B.: Şərq- Qərb, 2009.

- 584 s.

Müəllifin bu cildə daxil edilmiş “Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikovdur. Yazıçı humanist niyyətlərini şər yolla həyata keçirməyə cəhd göstərən qəhrəmanın tutduğu yolu inkar edir və çıxış yolunu insanın gerçəkliklə barışmasında görür.

 

Dostoyevski  F.M.

Seçilmiş əsərləri: Üç cilddə, ( tərc. edən. H.Şərif), - B.: Şərq- Qərb, 2009. -744 səh.

Kitaba  Dostoyevskinin “İdiot” əsəri daxil edilib. Bu romanda yer kürəsinin bütün iniltiləri,dərddən ağlını itirmiş adamların sayıqlamaları öz əksini tapmışdır.