|
ŞİRVAN ŞƏHƏR MKS | MƏRKƏZİ KİTABXANA |
|||||||
| ŞİRVAN ŞƏHƏRİ | ABİDƏLƏRİ | YETİRMƏLƏRİ | QƏDİM ŞİRVAN | SAYT HAQQINDA | ƏLAQƏ | ||
|
- TARİX - DİYARŞÜNASLIQ MUZEYİ
|
|
||||||
|
"Heydər Əliyev və dövlətçilik ənənələri" 07 May 2012-ci il tarixdə Şirvan şəhər MKS-nin Mərkəzi kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar “Heydər Əliyev və dövlətçilik ənənələri” mövzusunda tədbir keçirmişdir. Tədbirdə mədəniyyət işçiləri, kitabxananın oxucuları iştirak edirdilər. Öncə Heydər Əliyevin abidəsini ziyarət edən tədbir iştirakçıları abidənin önünə gül dəstələri qoydular. Tədbiri giriş sözü ilə açan MKS-n direktoru İ.Nəbiyev “Heydər Əliyev və dövlətçilik ənənələri” mövzusunda məruzə edərək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtlarda yeritdyi dövlətçilik siyasətinin tam uğurlu olduğunu və bu siyasətin, dövlətçiliyin ənənəvi xarakter daşıdığını xüsusi vurğuladı. O onu da qeyd etdi ki, bu ənənələr indi möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən yaşadılır və davam etdirilir. Daha sonra kitabxananın əməkdaşları G.Nəsənova, F. Əliyulmusəvi mövzu ətrafında çıxış edərək bildirdilər ki, sözün həqiqi mənasında Heydər Əliyevin dövlətçilik ənənələri Azərbaycan dövlətinin və xalqının xoş gələcəyi üçün təminat olmuşdur. Bu ənənələr həm də ümumdünya dövlətçiliyi üçün nümunə ola bilər.
Tədbirdə müvafiq mövzuyla bağlı kitab sərgisi nümayiş olundu və 18 saylı məktəbin şagirdləri Ulu öndərə həsr edilmiş şeirlər söylədilər. ALI MUSTAFAYEV - 60 16 Aprel 2012-ci il tarixdə Şirvan şəhər MKS-nin 4 saylı kitabxana-filialında əməkdar jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin anadan olmasının 60 illik yubileyi münasibətilə “Vətənpərvər jurnalist” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə H.Z.Tağıyev qəsəbəsinin sakinləri, 11 saylı məktəbin kollektivi iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Rəna Nəcəfova Alı Mustafayevin həyat və yaradıcılığı barədə geniş məlumat verərək bidirdi ki, o Qarabağ müharibəsinin gedişi ərəfəsində qorxmadan, cəsarətlə qaynar nöqtələrdən reportajlar hazırlayan yeganə jurnalist-reportyor olub. Elə bunun nəticəsidir ki, dövlət onun əməyini yüksək qiymətləndirərək onu “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görüb. Daha sonra çıxış edən Nisə Həbibova və başqaları onu da vurğuladılar ki, o həm də xalqımızın düçar olduğu ağrı-acıları, vətən torpağının müqəddəsliyini və böyüklüyünü poetik şəkildə öz şeirlərində tərənnüm etmişdir. Kitbxanada “Alı Mustafayev-60” başlıqlı kitab sərgisi də hazırlanmışdı.
Tədbir şəhər 11 saylı orta məktəbinin şagirdlərinin Alı Mustafayevin şeirləri əsasında hazırladıqları bədii kompozisiya ilə başa çatdırıldı. Qan yaddaşımızda yaşayan müsibətlərimiz 30 Mart 2012-ci il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktoru İltifat Nəbiyev açaraq bu tarixi günün xalqımızın həyatına ağır faciələrdən biri kimi daxil olduğunu qeyd edərək soyqırım qurbanlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sonra S.Mətləboğlu “Qan yaddaşımızda yaşayan müsibətlərimiz” mövzusunda məruzə edərək bildirdi ki, tarixə söykənən bu faciə təkzibedilməz faktlarla sübuta yetirilmişdir. Əsrlərlə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırıma siyasi qiymət isə 26 mart 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Daha sonra çıxış edən Ş.Məmmədova, N.Təhməzova, K.İsayeva, R.Heydərov onu da vurğuladılar ki, xalqımızın düçar olduğu faciələr unudulmamalı, vaxtaşırı olaraq gəncər arasında geniş şəkildə təbliğ edilməlidir.
Yurdumuza bahar gəlir 19 Mart 2012-ci il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə MKS-n direktoru İ.Nəbiyev bayram münasibətilə hamını təbrik etdi və Novruz Bayramının xalqımızın milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsində tarixi rolundan danışdı. Sonra tədbirdə çıxış edən S.Qarayev, V.Xudiyeva, Ş.Səlimova və başqaları Novruz adətlərinin, milli oyunların və ümumiyyətlə novruzla bağlı olan hər şeyin insanlığa Saflıq və Şəfqət bəxş etdiyini xüsusi vurğuladılar. Novruz tapmacaları və təbiəti vəsf edən şeirlər tədbiri daha da zənginləşdirdi. Əyləncəli viktorina və yarışmalarda qalib gələnlərə hədiyyələr də verildi.
Heç kəs unudulmur 01 mart 2012-ci il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında vətənpərvərlik tərbiyəsilə bağlı olaraq “Heç kəs unudulmur...” mövzusunda tədbir keçirilmişdir. Qarabağ müharibəsində şəhid olan Şirvan şəhəri hərbi komissarlığından hərbi xidmətə çağırılmış Sadiq Seyfi oğlu Atayevin ad günü münasibətilə anım tədbirində şəhidin qohumları, oxuduğu 16 saylı orta məktəbin kollektivi və şəhər sakinləri iştirak edirdi. Tədbirdə şəhidin həyatını əks etdirən foto- şəkllər və ona məxsus olan əşyalar da sərgilənirdi. Bütün şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra tədbirin aparıcısı, jurnalist Yaqut Hüseyinova şəhid haqqında məlumat verərək bildirdi ki, əsl vətənpərvər və məğrur bir döyüşçü olmuş Sadiq Atayev 1990-cı ildə Şirvan şəhərində anadan olub və o 2009-cu ildə cəbhə bölgəsində gedən döyüşdə həlak olmuşdur. Sonra Sadiqin təhsil aldığı şəhər 16 saylı orta məktəbin müəllimləri Lalə Əliyeva, Şəfiqə Atayeva, Hörmət Cəlilov çıxış edərək onun barəsində dedilər ki, o sözün həqiqi mənasında əsl vətənpərvərlik göstərmiş bir gənc olmuşdur və onunla bütün məktəb fəxr edir. Daha sonra müəllimlər onu da vurğuladılar ki, biz indi Sadiq Atayevi bütün şagirdlərə örnək göstəririk. Məktəblilər mərasimdə vətənə, qəhrəmanlığa həsr edilmiş şeirlər əsasında bədii kompozisiya göstərdilər.
Sonda şəhidin atası Seyfi Atayev, nənəsi Xanımana , bacısı Ləman onunla bağlı xatirələrini danışdılar və əzizlərini yad etdiklərinə görə hamıya təşəkkür etdilər. 24 Fevral 2012-ci il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə “Unudulmaz tarixi gün” adlı ədəbi-bədii gecə keçirilmişdir |
|||||||
|
Gecəni giriş sözü ilə açan S.Qarayev dedi ki, Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı olaraq bütün mədəniyyət müəssisələrində, xüsusilə kitabxanalarda geniş tədbirlərin keçirilməsi vacibdir. Çünki, 1992-ci il Fevralın 25-dən 26-na keçən gecə xalqımızın həyatına unudulmaz bir tarixi gün kimi həkk olunub və bu faciə qurbanlarının xatirəsi hər zaman yad edilməlidir. Tədbir iştirakçıları Xocalı faciəsi zamanı həlak olanların xatirəsini birdəqiqəlik sükutla yad etdilər. Tədbirdə Ş.Səlimova, G.Həsənova, X..Əliyeva, F.Amanəliyeva və başqaları çıxış edərək vurğuladılar ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir və belə cinayətləri törədənlər insan məhvinə səbəbkar olduqları üçün layiqli cəzalarını almalıdırlar. Çünki, cəzasız qalan hər cinayət davamlı olur. |
|||||||
|
|
|||||||
|
|
|||||||
|
Tədbir məktəblilərin hazırladıqları bədii kompozisiya ilə başa çatdı. |
|||||||
|
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- |
|||||||
|
19 Yanvar 2012-ci il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında “20 Yanvar” faciəsinin 22-ci ildönümü münasibətilə “Milli qürur günümüz” adlı tədbir keçirilmişdir. |
|||||||
|
İlk növbədə tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini birdəqiqəlik sükutla yad etdilər. Tədbirdə İ.Nəbiyev, S.Qarayev,V.Xudiyeva, B.Həsənova, F.Hacıyeva, F.Amanəliyeva çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın ömür səhifəsinə qanlı tarix kimi həkk olunmasından danışaraq dedilər ki, “20 Yanvar” kədərli günümüz olmasına baxmayaraq həm də milli qürur günümüzdür. Çünki, vətənini sevən insanlar şəhid olsalar da sübut etdilər ki, Azərbaycan xalqı azadlığı yolunda canlarından belə keçməyə hazırdırlar. Çıxış edənlər onu da vurğuladılar ki, xalq heç zaman öz şəhidlərini unutmayacaq, əksinə onları qəlbində yaşatdığı üçün daima yad edəcəkdir. |
|||||||
|
|
|||||||
|
|
|||||||
|
Tədbir məktəblilərin şeirlər əsasında hazırladığı bədii kompozisiya ilə başa çatdırıldı. |
|||||||