ŞİRVAN ŞƏHƏR MKS | Mərkəzi Kitabxana

ŞİRVAN ŞƏHƏRİ            ABİDƏLƏRİ              YETİRMƏLƏRİ               QƏDİM ŞİRVAN               SAYT HAQQINDA        ƏLAQƏ

- Kitabxanamız haqqında

- Tədbirlərimiz

- Yeni kitablar

- Kitab abidələrimiz

- E-kataloq

- Normativ sənədlər

- Tarix-Diyarşünaslıq muzeyi

Unudulmaz Qarabağ

İnsan hüquqları

Dövlət Proqramı 

 

 

Ümumi ərazi:
30.00 [kv.km]
Əhalinin ümumi sayı - 76 min 800 n
əfər
Qəsəbələrin sayı - 2
İri və orta müəssisələrin sayı 81


Müasir Şirvan şəhərinin yerində hələ XIX əsrdə Ərəbşahverdi kəndi mövcud idi. Çünki, bu yerin ilk sakinləri Şamaxı ərazisində yerləşmiş Ərəbşahverdi kəndindən köçüb gələnlər olmuşdur. Həmin kəndin sakinləri Kür sahilinə köçüb gəlməmişdən əvvəl əsrlər boyu bu yerlərdən qışlaq kimi istifadə etmişlər.
1880- ci ildə bu yaşayış yeri rəsmi olaraq Zubovka adlandırılmışdır.Geniş yayılmış belə bir ehtimal var ki, bu yaşayış məntəqəsi çar generalı, qraf Valerian Aleksandroviç Zubovun ( 1771-1804 ) şərəfinə “ Zubovka” adlandırılmışdır.
Lakin cox az adama məlum olan belə bir ehtimal da vardır.Deyirlər ki, yaşayış məntəqəsi general Zubovun deyil, XIX əsrin səksəninci illərinin əvvələrində burada suvurma stansiyasını inşa etmiş mühəndis Zubovun şərəfinə “ Zubovka” adlandırılmışdır. Qeyd etmək lazımdır ki, ikinci ehtimal cox az adama məlum olsa da , daha ağlabatandır. Çünki, şəhər sakinlərınin yaşlı nəsillərə mənsub qismi suvuran nasos stansiyasını indinin özündə də “ Zubovka” adlandırır.
1916-1917- ci illərdə Bakı ilə Culfanı birləşdirən dəmir yolu xətti bu ərazidə çəkilib. 1918-ci ildə Kür çayı üzərində taxta dəmiryol körpüsü salınmışdır. Həmin körpü 1918- 1920- ci illərin erməni- azərbaycanlı qarsıdurması zamanı yandırılmışdır. 1927-ci ildə həmin körpünün yerində metal körpü inşa edilmişdır. Kür çayı üzərindəki avtomobil körpüsü 1962-ci ildə tikilmişdir.
1930- cu ilədək Zubovka mərkəzi Salyan şəhəri olan Cavad qəzasının tərkibində olmuşdur. 8 avqust 1930 – cu il tarixdə burada respublikanın ən böyük rayonlarından biri yaradılmışdır. Rayonun tabeliyində 101 kənd olub. 28 iyul 1954- cü il tarixdə Əli Bayramlı rayon tabeliyində şəhər statusu alıb. 04 yanvar 1963-cü il tarixdə Əli Bayramlıya respublika tabeliyində şəhər statusu verilmişdir.Onun tabeliyində olan kəndlər qonşu rayonların ərazisinə daxil edilmişdir.
Bəzi mənbələrin yazdıqına görə “ Zubovka” adınıın “Əli Bayramlı” adı ilə əvəzlənməsi 1921-ci ilə, bəzi mənbələrə görə isə 1938-ci ilə aiddir. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 07 may 2008-ci il tarixli sərancamı ilə “ Əli Bayramlı” adı “ Şirvan” adı ilə əvəz edilmişdir.
Şirvan müasir şəhər olsa da, burada daha qədim yaşayış məskəninin qalıqları mövcuddur. Şəhərin cənubunda Kür cayının sahilində qədim nekropol bunu bir daha sübut edir. 2000-ci ildə Azərbaycan Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşları Mişovdağın cənub ətəklərində apardıqları tədqiqat işləri zamanı qədim çay yatağı kənarında coxlu sayda dulus kürələri və şəhər qalıqları aşkar etmişlər. Həmin ərazilərdə bir neçə qədim qəbiristanlıq mövcuddur. Arxeoloqların fikrincə bu ərazilərdə mədəni torpaq təbəqəsinin
qalınlığı dörd metrə çatır. Bütün bunlar göstərir ki, indiki Şirvan şəhərinin ərazisində ən azı XII əsrə aid edilən, böyük ehtimala görə daha qədim dövrlərə məxsus şəhər olmuşdur. Bu mövzu gələcəkdə ,cox güman ki, ciddi tədqiq olunacaqdır.
Şirvan şəhərinin ərazisində dövlət mühafizəsinə götürülmüş 5 tarixi abidə vardır. Bunlardan birincisi nekropoldur.Şirvan şəhərinin cənubunda ,Çılpaqlı yaşayış müassivinin kənarında ,Kür çayının sol sahilində yerləşir(tədqiq olunma-yıb) .Ölkə əhəmiyyətlı abidələr sırasına daxildir.
İkinci abidə Kür sahilində yerləşən bağdır.XX əsrin əvvəllərində salınıb.Bağ bir sıra tarixi hadisələrin şahididir.1918-1920 -ci illərdə burada erməni daşnak silahlıları ilə yerli əhali arasında vuruşma olub.1921- ci ildə N. Nərimanov bu bağda Şirvan sakinləri ilə görüşüb və onların qarşısında çıxış edib. Bağ ölkə əhəmiyyətli abidələr sırasındadır.
Üçüncü abidə ikimərtəbəli yaşayış evidir.XIX əsrin ortalarında tikilib. Hacı Ağaqasımın şəxsi mülkü olub. Sovet hakimiyyəti illərində milliləşdirilib və inzibati bina kimi istifadə olunub. Yerli əhəmiyyətli abidələr sırasındadır.
Dördüncü abidə iki təsərrüfat binasından ibarətdir. XIX əsrin səksəninci illərındə tilikmişdir.Nasos stansiyasıdır. Yerli sakinlər onları “Zubovka”adlan-dırır. Yerli əhəmiyyətli abidələr sırasındadır.
Beşincı abidə cümə məscididir.Hacı Ağaqasım tərəfindən XIX əsrin ortalarında inşa edilmişdir.Keçən əsrın səksəninci illərində əsaslı şəkildə yenidən qurulmuşdur.Yerli əhəmiyyətli abidələr sırasındadır.
Şirvan şəhəri Kür –Araz ovalığında yerləşir. Tarixin müəyyən dövrlərində bu ərazi Xəzər dənizinin bir hissəsi olmuşdur. Torpağı şoran və gillidir.Torpağın şorluğu dənizdən qalma əlamətdir. Gil isə ətrafdakı palçıq vulkanları ilə əlaqədardır. Şirvan şəhərinin ətrafında 18 palçıq vulkanı vardır.Buranın yayı istı,qışı mülayim keçir.Şəhər quru subtropik iqlim zonasına aiddir,relyefi düzənlikdir, Şirvan coğrafi bögəsinə aiddir, cənub-şərqi Şirvan düzünün başlanğıcında yerləşir.
Şirvan şəhərinin əhalisi 76601 nəfər, ərazisi 30 kvadrat kilometrdir.
Şirvan şəhəri respublikanın mühüm sənaye mərkəzlərindən biridir.Şirvanın qısa müddət ərzində kiçik bir qəsəbədən böyük şəhərə çevrilməsində burada neft və qaz yataqlarının aşkar edilməsi həlledici rol oynamışdır. 18 iyun 1955-ci il tarixdə Kürovdağdakı 2 nömrəli quyu neft fontanı vurmuşdur. Tezliklə bu ərazidə məhsuldar neft və qaz yataqlarının olması aşkar edilmişdir. Bundan sonra şəhər özü və onun sənayesi sürətlə inkişaf etməyə başlamışdır.Nəticədə şəhərdə “Şimal” və “ Cənub” sənaye qovşaqları yaranmışdır.
Şirvanda istifadəyə verilmiş coxsaylı sənaye müəssisələrindən birini xüsusi qeyd etmək lazımdır. Bu, keçən əsrın əllinci illərinin axırlarından altımışıncı illərin əvvəllərinədək inşa edilmiş dünyada ikinci, Avropada birinci açıq tipli Dövlət Rayon Elektrik Stansiyasıdır.Hazırda bu muüəssisənin yaxılığında modul tipli İstilik Elektrik Stansiyası tikilməkdədir.
Hazırda Şirvan şəhərində “Şirvan OİL” BMM, “Qarasu” əməliyyat şirkəti, CTS Aqro MMC , Kərpic zavodu, Yağ-piy ASC, Telemexanika zavodu, Araz zavodu, Mexaniki Təmir İstehsalat Birliyi kimi iri sənaye müəssisələri fəaliyyət göstərir.