ŞİRVAN ŞƏHƏR MKS | Mərkəzi Kitabxana

ŞİRVAN ŞƏHƏRİ      ABİDƏLƏRİ          YETİRMƏLƏRİ          QƏDİM ŞİRVAN         SAYT HAQQINDA    ƏLAQƏ

- Kitabxanamız haqqında

- Tədbirlərimiz

- Yeni kitablar

- Kitab abidələrimiz

- E-kataloq

- Normativ sənədlər

- Tarix-Diyarşünaslıq muzeyi

Unudulmaz Qarabağ

İnsan hüquqları

Dövlət Proqramı 

 

 

 

 

ŞİRVANLILAR

 

Camalov Yavər Talıb oğlu 17 oktyabr 1949-cu ildə Azərbaycan Respublikası Sabirabad rayonunun Çəlbeşdəli kəndində anadan olub. 
Təhsili: 1967 – 1972 - Azərbaycan Neft və Kimya İnstitutu 
Tutduğu vəzifələr (Əmək fəaliyyəti):
08.1972 – 09.1972 “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru 09.1972 – 12.1989 “Şirvanneft” Neftqazçıxarma idarəsi operator; mühəndis, böyük mühəndis, növbə rəisi; rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi 12.1989 – 04.1995 “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi 05.1995 – 03.2003 Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru 03.2003 – 03.2006 “Azneft” İstehsalat Birliyinin baş direktoru 18.03.2006 Azərbaycan Respublikasının müdafiə sənayesi naziri 
Ailə vəziyyəti: Evlidir, 3 oğlu var.

Şükürov Şirin Ağabala oğlu - Sovet İttifaqı Qəhrəmanı - 1910-cu ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 
1941-ci ildə hərbi xidmətə çağırılmış, II Dünya müharibəsinin sonuna kimi şərəfli döyüş yolu keçmişdir. 
Şimali Qafqaz, Krım, Rostov, Voronej və Belarusiyanın azad edilməsində, Polşada gedən döyüşlərdə, Visla çayının qərb sahilində faşistlərin müdafiəsinin darmadağın edilməsində böyük igidlik göstərdiyinə görə 27 fevral 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 
Əli Bayramlıda müxtəlif təsərrüfat sahələrində çalışmış, 1987-ci ildə vəfat etmişdir. Yaşadığı küçəyə onun adı verilmiş, abidəsi qoyulmuşdur. Məzarı üstündə abidəsi ucaldılmışdır. 

Quliyev Nofəl Zahid oğlu - Azərbaycanın Milli Qəhrəmanı - 1963-cü il oktyabrın 4-də Əli Bayramlı şəhərində anadan olmuşdur. 9 №li şəhər orta məktəbini bitirmişdir. 1982-1984-cü illərdə hərbi xidməti başa vurduqdan sonra Tümen şəhərinə köçüb, orada Tikinti Texnikumunda oxumuşdur. 
1990-cı ildə o, ailəsi ilə Bakı gəlir. Respublika Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsində işə düzəlir. Döyüş bölgələrində məharətini göstərmişdir. Goranboyun Todan kəndi ətrafında gedən qanlı döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. 
1991-ci il dekabrın 10-da erməni-sovet hərbi qüvvələri Todana hücuma keçirlər. Nofəl Quliyev iri çaplı pulyemotu ilə düşmənin xeyli canlı qüvvəsini məhv edir və şəhid olur. 
Oxuduğu 9 №li orta məktəb onun adını daşıyır. 5 iyul 1992-ci il tarixdə Nofəl Zahid oğlu Quliyevə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilmişdir. 

Bağırov Tahir Əminağa oğlu - Azərbaycanın Milli Qəhrəmanı - 1957-ci ildə anadan olmuşdur. 11 saylı orta məktəbdə oxumuşdur. 1992-ci ilin fevralında könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. Əvvəlcə tağım komandirinin müavini, sonra isə Mİ-2 vertolyotunda atıcı-nişançı kimi döyüş tapşırıqlarını yerinə yetirmişdir. Qarabağın bir çox bölgələrinin erməni quldurlarından təmizlənməsində fəal iştirak etmişdir. 
Tahir Bağırov 1992-ci İo oktyabrın 11-də qəhrəmancasına həlak olmuşdur. Yaşadığı küçəyə və oxuduğu 11 №li orta məktəbə onun adı verilmişdir. 
9 fevral 1993-cü il taixdə Tahir Əminağa oğlu Bağırova Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilmişdir. 
Həbibov Rəfael Şərafət oğlu - Azərbaycanın Milli Qəhrəmanı - 1964-cü il aprelin 20-də Əli Bayramlı şəhərində anadan olmuşdur. 14 №li orta məktəbi bitirmişdir. 1982-ci ildə hərbi xidmətə çağırılmışdır. Baltik qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra Kaunas şəhərində gizirlər məktəbinə daxil olmuşdur. 1986-ci ildə xidmətini Əfqanıstanda davam etdirmişdir. Döyüşlərdə yaralanmış və medallarla təltif edilmişdir. 1988-ci ildə Əfqanıstandan Bakıya qayıtmışdır. 1992-ci ilin mayında Rəfael Şərafət oğlu Həbibov leytenant rütbəsi ilə Qarabağa göndərilişdir. Təzəkənd, Narıştar, Zod, Çiril, Ala Qaya, Çərəktar, Ağdaban, Çapar kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Düşmənin PDM-24 tipli zirehli maşınını şəxsi heyəti ilə məhv etmişdir. Yaralanmasına baxmarayaq döyüş meydanında neçə-neçə soydaşlarımızı ölümdən xilas etmişdir. 

Rəfael Şərafət oğlu Həbibov 1992-ci il iyulun 7-də qəhrəmancasına həlak olub. Oxuduğu 14 №li məktəb qəhrəmanın adını daşıyır. 7 avqust 1994-cü ildə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilmişdir.