|
Şirvan şəhər Mərkəzləşdilrilmiş kitabxana sisteminin ( MKS
) veb saytına xoş gəlmisiniz!
MKS-nin tərkibində Mərkəzi kitabxana və onun 13 filialı,
o cümlədən 1 usaq kitabxanası, 1 gənclər kitabxanası fəaliyyət
göstərir.
Mərkəzi kitabxanada kitabişləmə və komplektləşdirmə, metodika və biblioqrafiya,
xidmət şöbəsi,
Kitabxana-Biblioqrafiya Proseslərinin Avtomatlaşdırılması şöbəsi,
"İnformasiya-Resurs" şöbəsi vardır. Fondumuzda azərbaycan,
rus və ingilis dillərində
184754 nüsxə bədii və elmin müxtəlif sahələrinə
dair ədəbiyyat, eyni zamanda müxtəlif adlarda dövri mətbuat orqanları
da var. İstədiyiniz vaxt onlardan istifadə etməkdə sizə kömək göstərməyə
hazırıq.
Sizin asudə vaxtınızın daha səmərəli keçirilməsi üçün kitabxanalarımızda
müntəzəm olaraq mədəni-kütləvi tədbirlər təşkil edirik. Görkəmli
elm və ədəbiyyat xadimlərinin yubileyləri, onların yaradıcılıqları
əsasında oxucu konfransları, ədəbi – bədii gecələr, kitab müzakirələri,
görüşlər, əlamətdar və tarixi günlərlə bağlı ədəbi – bədii kompozisiyalar
, yeni alınmış kitabların sərgiləri, vətənpərvərlik, etik və estetik,
hüquqi və əmək tərbiyəsi ilə əlaqədar olaraq müxtəlif mövzularda
söhbətlər, diskussiyalar və s. tədbirlər keçiririk.
Uşaqlar üçün tez–tez əyləncəli proqramlar təşkil edirik. Müxtəlif
səpkili oyun və viktorinalarda qaliblərə hədiyyələr də veririk.
Mərkəzi kitabxanada fəaliyyət göstərən ədəbiyyat dərnəyində Siz
bədii qiraət və natiqlik sənətinin sirlərinə yiyələnə bilərsiniz.
Mərkəzi kitabxanada internet mərkəzi də vardır. Mərkəz yaş tərkibindən
asılı olmayaraq bütün oxuculara kompüter təlimi və internetdən istifadə
qaydalarını, ingilis dilində danışmağı pulsuz oyrədir.
“Azərbaycan Respulikasında kitabxana- informasiya sahəsinin 2008-
2013-cü illərdə inkişafı üzrə Dövlət Proqamı”na uyğun olaraq Mərkəzi
kitabxananın nəzdində əhalinin bütün təbəqələrinə pulsuz xidmət
göstərən, müasir informasiya texnologiyaları ilə təmin olunmuş hüquq-
informasiya mərkəzinin, həmçinin “Uşaq hüquqi” informasiya mərkəzinin
xidmətindən istifadə edə bilərsiniz.
Əziz oxucular!
Sizi Şirvan şəhər mərkəşləşdirilmiş kitabxana sisteminin xidmətlərindən
istifadə etməyə dəvət edirik!
|
|