|
Şirvan
(ingiliscə: Shirvan, Shirwan), indiki Azərbaycan Respublikasının
şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən
tarixi ərazi.
Şirvan ərazisində 8-16-cı əsrlərdə Azərbaycanın ən mühüm dövlət
qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar
dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun
müddət mövcud olmuş dövlət idi.
Şirvanşahlar dövləti - 861-1538-ci illərdə Azərbaycan ərazisində
mövcud olan dövlət.
Bakı X əsrin axırlarından etibarən Şamaxı ilə yanaşı Bakı da Şirvanın
əsas şəhərlərindən birinə çevrildi. XI əsrdə Şirvanşahlar dövləti
regionda baş verən hadisələrin mərkəzində olduğundan, Bakı ətrafında
qala divarları ucaldıldı.
IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi
hakimiyyətdən uzaqlaşmaq meyllərinin güclənməsi Xilafətə tabe ölkələrdə
bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən
biri də Şirvanşahlar dövləti idi. Şirvanşahlar dövləti İslam aləmində
ən uzunömürlü dövlətdir.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. Bununla yanaşı şəhər
əhalisi sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük,
baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul
olurdu. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü
keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah
I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar
şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə
Bakı ikicərgəli qala divari və xəndəklə əhatə olundu. Qız Qalası
da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235 illərdə Bakını
dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş
qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.
Şirvan tarixdə ilk dəfə Sasanilər dövründə Qafqaz Albaniyasının
şimali bölgələrinə verilən addır. Ərəb xilafətinin işğalından sonra,
Şirvan ərazisi xəlifin təyin etdiyi hakimlərin mülkünə çevrilmişdir.
799-cu ildən 1538-ci ilədək Şirvanşahların idarə etdiyi və paytaxtı
Şamaxıda yerləşən müstəqil dövlət kimi mövcud olmuşdur. XVI əsrdə
Şirvan Səfəvilər dövlətinin tərkibinə daxil edilmiş və XVIII əsrdə
bir xanlıq kimi fəaliyyət göstərmişdir. Nəhayət 1813-cü ildə Şirvan
ərazisi Gülüstan müqaviləsinin nəticəsində Rusiya İmperiyasının
tərkibinə daxil edilmişdir.
Sülalə üzvləri
[2] Sülalələr: Məzyədilər, Kəsranilər, Dərbəndilər
• 799 - Yezid ibn Məzyəd Arran, Ərməniyyə, Şirvan, Azərbaycan və
Dərbənd hakimi (ö. 801).
• 820 - Xalid b. Yezid (ö.843 və ya 845).
• 845 - Məhəmməd b. XƏlid, Arran, Ərməniyyə, Şirvan və Azərbaycan
hakimi, Arran hökmdarı (ö.845).
• Heysəm b. Xalid, ilk Şirvanşah.
• Məhəmməd b. Heysəm, Layzan
• Heysəm b. Məhəmməd, Layzan
• 913 - Əli b. Heysəm, Layzan, 917-ci ildə taxtdan endirilib.
• 916 - Yezid b. Məhəmməd b. Yezid, Əbu Tahir, Şirvanda, sonra həm
də Bab Əl Əvvab(Darband)
• 948 - Məhəmməd b. Yezid
• 956 - Əhməd b. Məhəmməd
• 981 - Məhəmməd b. Əhməd
• 991 - Yezid b. Əhməd
• 1028 - Mənuçöhr b. Yezid
• 1034 - Əli b. Yezid, Abu Mansur
• 1043 - Qubad b. Yezid
• 1049 - Büxtnəssar Əli b. Əhməd b. Yezid
• 1053 - Sallar b. Yezid
• 1063 - Fəribürz b. Sallar b. Yezid
• 1094 - Fereydun b. Fəribürz, d. 1120
• 1094 - Mənuçöhr II b. Fəribürz
• 1120 - Mənuçöhr III b. Fereydun
• 1160 - Axsitan I ibn Mənuçöhr III, 1197 və 1204 arasında vəfat
etib.
• 1179 - Şahənşah b. Mənuçöhr III, əvvəl Axsitanla birgə, təkcə
1204
• 1187 - Fereydun II b. Mənuçöhr III, Şahənşahla birgə, təkcə 1204
• 1187 - Fəribürz II b. Fereydun II,qardaşları və əmiləri ilə birgə.
• 1187 - Fərruxzad I b. Mənuçöhr III, qardaşları ilə birgə, təkcə
1225
• 1204 - Gerşasb I b. Fərruxzad
• 1255 - Axsitan II b. Fəribürz III
• 1258 - Gerşasb II or Güşnasb b. Axsitan II
• 1265 - Fərruxzad II b. Axsitan II
• 1345 - Keyqubad
• 1348 - Keykavus b. Keyqubad
• 1372 və ya 1378 və ya 1382 - Huşəng b. Keykavus
• 1378 - İbrahim I b. Məhəmməd b. Key Qubad
• 1418 - Xəlil b. Ibrahim I
• 1463 - Fərrux Yassar b. Xəlil I
• 1500 - Bayram/Bəhram b. Fərrux Yassar
• 1502 - Qazi b. Fərrux Yassar
• 1503 - Mahmud b. Qazi
• 1503 - İbrahim II Şeyxşah, Mahmud b. Qazi`nin əmisi
• 1524 - Xəlil II b. Ibrahim II
• 1535 - Şahrux b. Fərrux b. Ibrahim II, ö. 1539
• 1538 - Səfəvi işğalı
• 1544 - Burhan b. Əli b. Xəlil II tərəfindən yenidən hakimiyyət,
ö. 1551
• 1551 - Səfəvi işğalı
• 1579 - Əbu Bəkr b. Burhan Əli Osmanlı vassalı olaraq
• 1607 - Səfəvi işğalı
|