ŞİRVAN ŞƏHƏR MKS | Mərkəzi Kitabxana

   

ŞİRVAN ŞƏHƏRİ      ABİDƏLƏRİ          YETİRMƏLƏRİ          QƏDİM ŞİRVAN         SAYT HAQQINDA            ƏLAQƏ

   

- Kitabxanamız haqqında

- Tədbirlərimiz

- Yeni kitablar

- Kitab abidələrimiz

- E-kataloq

- Normativ sənədlər

- Tarix-Diyarşünaslıq muzeyi

- Unudulmaz Qarabağ

- İnsan hüquqları

- Dövlət Proqramı

 

 
 

Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1979-cu ildə S.Ə. Şirvani adına Mərkəzi şəhər kitabxanasının bazası əsasında yaradılmışdır. Mərkəzi kitabxana əhalinin sıx yaşadığı bir ərazidə yerləşir.Bu ərazidə ən çox yaşayış binaları, Şirvan  Özəl Türk litseyi , Şirvan Humanitar və İqtisad kolleci, 152 saylı peşə litseyi , 9, 10, 16 , 18 , 21 saylı orta məktəblər , Şirvan Neft (NQÇİ) – nin, Şirvan  DRES-nin yataqxanası yerləşir.. Kitabxananın əhatəsində 32 min nəfər əhali yaşayır.
     Mərkəzi kitabxanada 12 ədəd komputer dəsti ilə təchiz edilmiş, internet sisteminə qoşulmuş informasiya təlim mərkəzi fəaliyyət göstərir. Kitabxananın nəzdində olan bu mərkəz bütün oxucu quruplarına pulsuz olaraq kompüter bilgiləri ilə bərabər ingilis danışıq dilini də öyrədir.

     Mərkəzi kitabxana şəhərimizin əsas orqanı olan “İşıq” qəzeti vasitəsi ilə bütün məlumatları oxuculara çatdırır və kitabxanada keçirilən bütün tədbirlər bu qəzetdə işıqlandırılır. Kitabxanaçılarımız isə öz məqalələri ilə “İşıq”qəzetində çıxış edirlər.
ŞİRVAN şəhər MKS-də
58 nəfər işçi çalışır. Onlardan 13 nəfəri ali təhsilli, 33 nəfəri orta ixtisas təhsilli, 12 nəfər isə orta təhsillidir. Kitabxanaçılarımız hər il Bakıya ixtisas artırma kurslarına gedir, öz biliklərini daha da təkmilləşdirirlər.

     Mərkəzi kitabxana müxtəlif adda qəzet və jurnallara abunə yazılmışdır. Onlardan “Mədəniyyət”, “ Kino+”, “Azərbaycan”, ”Respublika”, “Xalq” , “İki sahil”, “Səs”, “Mövqe”, “ Yeni Azərbaycan”qəzetləri , “Mədəni maarif”, „Pəncərə“ jurnalı və s. Oxucuların dövrü mətbuata olan təlabatlarını ödəmək üçün bu qəzet və jurnallardan istifadə olunur.
     Mərkəzi kitabxananın xidmət şöbəsinə abonoment, oxu zalı
daxildir. Evə kitab verlişi abonoment şöbəsi vasitəsi ilə həyata keçirilir. Oxu zalında isə oxucular zalda oturub  kitabdan sərbəst istifadə edirlər.

     Mərkəzi kitabxananın fondu vaxtaşırı yoxlanılır, əhəmiyyətini itirmiş, yararsız kitablar fonddan çıxarılır, kitabxananın fondu yeni ədəbiyyatla zənginləşdirilir.
Mərkəzi kitabxananın oxu zalında bir sıra daimi və dəyişən sərgilər var. Onlardan  „Ümummilli lider Heydər Əliyev “guşəsi (kitab sərgisi və foto-stend), „Prezident İlham Əliyev Şirvan şəhərində“ foto-montaj, “Doğma şəhərimiz Şirvan” , “Yaddan çıxmaz Qarabağ”,  “Narkomaniyaya qarşı mübarizə hamının borcudur“  və s. mövzularda sərgilər diqqəti cəlb edir. Kitabxanada hər ay günün hadisələri ilə əlaqədar olaraq müvəqqəti sərgilər də hazırlanır.
    Mərkəzi kitabxananın oxu zalında
keçirilən "Milli qürur günümz", "Unudulmayan faciə", "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur", "Dördüncü kitab bayramı", "Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir" və s. mövzularda ədəbi-bədiii gecələr, disputlar, söhbətlər, səhərciklər diqqətəlayiq olmuşdur.  Mərkəzi kitabxana gənclərdə vətənpərvərlik tərbiyyəsinin aşılanması ilə əlaqədar olaraq hər ay müxtəlif mövzularda tədbirlər hazırlayır.

      Ötən ildə Mərkəzi kitabxanaya 616 nüsxə kitab daxil olub. Onardan 548-i azərbaycan  dilində, 15 nüsxə isə digər dillərdə olub. Ötən  ildə Mərkəzi kitabxanada 3714 nəfər oxucu, 53626 nüsxə kitab verlişi, 26756 nəfər gəliş olmuşdur. Mərkəzi kitabxanada il ərzində 49 tədbir keçirilmişdir . Abonoment şöbəsində 1523 oxucu, 8302 gəliş, 21518 nüsxə kitab verlişi, oxu zalında 1590 oxucu,  17462 gəliş, 14191 nüsxə kitab verlişi, 49  tədbir keçirilmişdir.
    MKS-nin nəzdində
1 uşaq kitabxanası və uşaq şöbəsi fəaliyyət göstərir. Kitabxanalar şəhərimizdə azyaşlı uşaqlara xidmət göstərirlər. 2 saylı uşaq kitabxanası 1954 – cü ildən  Şirvanın köhnə şəhər deyilən ərazisində İ. Qayıbov küç. 19 ünvanında yerləşir. Bu ərazidə 2 orta məktəb, uşaq baxçası , dəri-zöhrəvi xəstəxana və başqa müəssələr var. 11 saylı uşaq kitabxanası isə 20 Yanvar küçəsində yerləşir. Kitabxananın ətrafında “Şəfəq” , “Yasəmən “, “Bənövşə” uşaq baxçaları , 9, 10, 16, 18, 21 saylı orta məktəblər yerləşir. Uşaq kitabxanaları günün tələbləri səviyyəsində işləmiş öz oxucularına günün aktual məsələləri, milli bayramları oxucular arasında təblig etmək,tarixi və əlamətdar günlər, sair və yazıçıların, alimlərin , incəsənət, elm adamlarının yubileylərini balaca oxucularla birlikdə qeyd etmişlər.
20 Yanvar
- Şəhidlər günü ilə əlaqədar olaraq “Şəhidlər ölməzdir" mövzusunda disput, 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə “Ana müqəddəsdir. mövzusunda səhərcik, Novruz bayramı münasibəti ilə “Bahar gəlir yurdumuza “, “Novruz milli bayramımızdir“ mövzusunda şənlik keçirilmlşdir.
Vətənpərvərlik tərbiyəsi ilə əlaqədar olaraq
uşaqlar üçün “Şəhidlər və qəhrəmanlar qəlbimizdə yaşayırlar”, “Ana dilim-şirin dilim“, "Azərbaycan yurdum mənim “  “Heydər Əliyev və uşaqlar“, “Şəhərimizin Milli Qəhrəmanları“ və s. mövzusunda müxtəlif tədbirlər keçirmişlər.
Ötən hesabat ili ərzində 2 saylı filial
ın kitab fondu 16883 nüsxə olmuş, bu fonddan 911 nəfər oxucu istifadə etmişdir.  Kitab verlişi isə 37766 nüsxə, kitabxanalarda 28 tədbir həyata keçirilmişdir, uşaq şöbəsinin fondu isə 13099 olmuş, 1317 oxucuya  27299 nüsxə kitab verilişi olmuşdur. Cəmi 41 tədbir keçirilmişdir.

   Ötən il uşaq kitabxanalarının fondu 29980 nüsxə olmuş və bu fonda  517 nusxə kitab daxil olub. Uşaq kitabxanaları hər ay mərkəzi kitabxanaya aylıq iş planı, statistik hesabat təqdim edir.

     Mədəniyyət və Turizm Nazirliyinin 18.04.2011-ci il tarixli 153 saylı əmri ilə Şirvan şəhər MKS-nin Uşaq kitabxanası "Uşaq kitabxanası" nominasiyası üzrə keçirilən müsabiqənin qalibi elan ediolmişdir.

     Kitabxana işçiləri hər ay mərkəzi kitabxanada keçirilən seminarlarda iştirak edirlər. Seminarlarda kitabxanaçıları maraqlandıran bütün suallara cavab verilir, onlara metoqiki köməklik göstərilir.
     Hər il mayın 10-da və dekabrın 12-də bütün kitabxanaçılarımız  Ümummilli liderimiz Heydər Əliyevin doğum və anım günləri ilə əlaqədar olaraq ulu öndərin abidəsi önünə gedir, onu ziyarət edir, abidə önünə gül dəstəsi qoyur, kitabxanalarda isə müxtəlif tədbirlər hazırlayırlar.
     Filial- kitabxanalar
il boyu fasiləsiz işləmiş , bütün oxucu qruplarına xidmət göstərmişlər. Bu kitabxanalar il ərzində müxtəlif tədbirlər hazırlamış və həyata keçirmişlər. İl ərzində filial- kitabxanaların ümümi fondu 159301 nüsxə, oxucuların sayı 17086 nəfər, kitab verlişi 321465 nüsxə, tədbirlər isə 538 olmuşdur. 

       Ümumiyyətlə MKS üzrə kitab fondu 2011-ci il üçün 189754 nüsxə olmuşdur. MKS-də 20800 nəfər oxucuya 375091 nüsxə kitab verilmiş, 587 tədbir keçirilmişdir .
     Mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsi də filial kitabxanalarla əlaqəli işləmiş,hər ay kitabxana işçiləri üçün seminar məşğələlər təşkil edir,bu məşğələlərdə kitabxanaçıların problemləri ,onları maraqlandıran mövzular müzakirə olunur. Mərkəzi kitabxanada gedişlər qrafiki təşkil olunub. Bu qrafikə əsasən metodistlər vaxt
lı–vaxtında filiallara gedişlər edirlər. Şöbə  hər ay filial kitabxanaların iş planlarını , statistik hesabatlarını qəbul edir , onlara lazım olan metodik köməkliklər göstərirlər.

       Metodika və biblioqrafiya şöbəsi vaxtaşırı tarixi günlər ,bayramlar, görkəmli şəxslərin , şair və yazıçıların yubileyləri ilə əlaqədar olaraq metodiki məktublar, tövsiyə ədəbiyyat siyahıları hazırlayıb filial kitabxanalara göndərirlər. Belə ki,İl ərzində  şöbə  tərəfindən “ Ulu öndər Heydər Əliyev“, „Qarabağ“, „20 Yanvar“, „Böyük Vətən müharibəsi (1941-1945)“, „Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları“, „Ekologiya, ətraf mühit və insan“, „Mədəniyyət və incəsənətimiz dünən və bu gün“ və s. mövzularda metodik məktublar hazırlanıb filial kitabxanalara göndərilmişdir.

     Kitabxanalar vaxtaşırı kitabxana texnikası ilə təmin olunur. Belə ki, hər il lazımı qədər gündəlik, oxucu kartoçkası, formulyar, ciblik, kataloq və kartoçkalar , ayrıclar və s. daxil olur .
      Kitabxanalarda 20 Yanvar şəhidlər günü, Xocalı faciəsi günü (25-26 fevral ) Respublika günü (28 may), Faşizm üzərində qələbə günü , Uşaqların Beynəlxalq müdafiəsi günü (1 iyun ) ,Milli qurtuluş günü (15 iyun), Azərbaycan silahlı qüvvələri günü (26 iyun) ,Milli mətbuat və jurnalistika günü (22 iyul) ,Azərbaycan Dövlət müstəqilliyi günü (18 oktyabr), Konstutisiya günü (12 noyabr, 1995) , Milli Dirçəliş günü (17 noyabr) , Dünya Azərbaycanlıların həmrəyliyi günü (31 dekabr) və s. ilə əlaqədar olaraq müxtəlif mövzularda tədbirlər hazırlayıb həyata keçirilmişdir.